Ohanyan da Paşinyanı ittiham etdi - "Xalq onu cəzalandırmalıdır..."

  • 11 noy 2020, 20:32
İrəvanda çoxminli etiraz aksiyaları keçirən ermənilər nə qədər axtarsalar da Nikol Paşinyanı tapa bilmirlər. Baş naziri ittiham edənlərin sırası isə durmadan artır.
Demokratik.Az xəbər verir ki, Paşinyanı bu dəfə də Ermənistanın sabiq müdafiə naziri, Qarabağda törədilən qətliamların və cinayətlərin əsas iştirakçılarından biri olan Seyran Ohanyan günahlandırıb və onun cəzalandırılmasını tələb edib. Bu cinayətkar müharibənin uduzulmasına görə məsuliyyətin ordunun yox, hökumətin üzərində olduğunu deyib: “Birmənalı olaraq, müharibəni ordu yox, dövlət uduzub və erməni xalqına təqdim olunan sənəd çox pis sənəddir. Buna görə məsuliyyəti indiki hakimiyyət daşıyır. Məsuliyyətin miqyasını isə qoy xalq müəyyən etsin”.
Xatırladaq ki, Paşinyanı günahlandıran S.Ohanyan Şuşa uğrunda döyüşlər gedən zaman şəhərin “komendantı” təyin olunmuşdu. Lakin “təyinatından” bir neçə gün sonra Azərbaycan Ordusunun qarşısından tula kimi qaçaraq, Ermənistana sığınmışdı. Elə Paşinyan da çıxışlarının birində məhz Ohanyanın qorxaqlığına işarə vurmub.
Oxşar xəbərlər