Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Kriminal » "Qaqaş" ləqəbli avtoritet və dəstəsinin işi- 52 nəfər zərərçəkən var
"Qaqaş" ləqəbli avtoritet və dəstəsinin işi- 52 nəfər zərərçəkən var
- 07 noy 2020, 20:57
Bakıda odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən, kriminal aləmdə "Qaqaş" ləqəbi ilə tanınan Valeh Əsədullayev və onun dəstəsinin üzvləri - Sadiq Məmmədov, Balakişi İsmayılov, İmran Mədətov və Niyaməddin Hüseynovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baxılır.
Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, həbs edilən şəxslər daha əvvəl də müxtəlif maddələrlə məhkumluq həyatı yaşayıblar.
Həbs edilən şəxslərin son əməlinə gəlincə, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, paytaxtın Binəqədi rayonunda ötən ilin yanvar-mart aylarında bağ evlərindən silsilə oğurluqlar edən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar. Keçirilən əməliyyat tədbiri nəticəsində dəstənin üzvləri paytaxt sakinləri Əsədullayev Valeh Fəyaz oğlu, Məmmədov Sadiq Ağahəsən oğlu, İsmayılov Balakişi Alım oğlu, Mədətov İmran Ağababa oğlu və Hüseynov Niyaməddin Əhməd oğlu tutulublar.
Müəyyən edilib ki, dəstənin başçısı “Qaqaş” ləqəbli Valeh Əsədullayev olub. O, adları çəkilən şəxsləri ətrafına toplayaraq, müxtəlif vaxtlarda Binəqədi, Abşeron və Sabunçu rayonlarında yerləşən bağ evlərindən oğurluq hadisələri törədib.
Saxlanılan şəxslərin Binəqədi və ətraf rayonlarda 25 bağ evindən oğurluq etdikləri istintaq yolu ilə sübuta yetirilib.
İş üzrə 52 nəfər zərərçəkən şəxs var. /Musavat.com/

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Bakıda ər-arvad məhkəmə zalındaca qandallandı
DTX-nın həbs etdiyi baş redaktor hakim qarşısında
Sabiq MTN əməkdaşının yenidən məhkəməsi başlayıb
Azərbaycanda avtoritetlərin “sxodka“sı-Kürdəmirdə
“Reket jurnalistlər”in istintaqı yekunlaşdı - Məhkəmə başlayır
Milli Şuranın mitinqində terror planlaşdıran şəxslər məhv edilib
“Gündəlik Bakı” qəzetinin baş redaktoruna hökm oxunub
Maşını dərəyə aşıran “Kürd Elnur” həbs edildi – RƏSMİ
Hacı Məmmədov müalicədən dispanser nəzarətə götürülüb
"Lotu Quli"nin yeznəsinin işində olay
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti