"Erməni vandalizmi! Azərbaycan hərbçilərinin meyitlərini vermir

  • 30 okt 2020, 21:21
30 cəsəd birtərəfli qaydada Ermənistan tərəfinə verildi. Ermənistan isə Azərbaycan hərbçilərinin meyitlərini toplamır və vermir".
Bunu bu gün, oktyabrın 30-da brifinqdə Baş prokuror Kamran Əliyev bildirib.
Baş prokuror deyib ki, Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş və Azərbaycanda olan cəsədlərin bir hissəsinə baxış zamanı onların başqa ölkələrin vətəndaşları olduğu müəyyən olunub: "...Elə hallar olub ki, əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib. Belə faktlar mövcuddur".
Amma Ermənistan və tanınmayan "Dağlıq Qarabağ Respublikası"nın təmsilçiləri onların tərəfindən xarici vətəndaşların döyüşməsi ilə bağlı deyilənləri yalanlayırlar.
Üstəlik, Ermənistan Müdafiə Nazirliyindən oktyabrın 29-da belə bir açıqlama olmuşdu ki, Azərbaycan Dağlıq Qarabağ müharibəsində öldürülmüş 30 əsgərin meyitini onlara təhvil verib və Yerevan da buna oxşar cavab verməyə hazırdır.
Oxşar xəbərlər