DÜŞMƏNİN RAKET KOMPLEKSİ Kəlbəcərlə sərhəd zonasında məhv edilib

  • 14 okt 2020, 15:23
​​​​Oktyabrın 14-də saat 01:00 radələrində Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsi müşahidə olunub.
Müdafiə Nazirliyindən verilən məlumata əsasən, bu ərazidəki raket kompleksləri Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənib.
Oktyabrın 11-də Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş hərbi cinayətə bənzər növbəti hadisənin təkrarlanmaması və raket hücumunun qarşısının alınması məqsədlilə Azərbaycan Ordusu tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Nəticədə atəş üçün hazırlıq vəziyyətinə gətirilən əməliyyat-taktiki raket kompleksləri legitim hərbi hədəf kimi tərəfimizdən zərərsizləşdirilib.
Bildiririk ki, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür.

"Ermənistan tərəfindən növbəti dəfə qəsdən planlaşdırılan və məqsədyönlü insan fəlakətinin qarşısı alındı".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.
"Ermənistanın atışa hazır olan ballistik raketi Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunun sərhəd zonasında start mövqeyində məhv edilib. Xeyli dinc sakinin həyatı xilas olunub", - deyə Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.
Oxşar xəbərlər