Gəncəyə atılan daha iki raket göydə vurulub -İDDİA

  • 12 okt 2020, 20:05
Bir neçə saat öncə düşmən Ermənistan yenidən Gəncə şəhərinə 2 raket atıb. 
"Demokratik.Az"-ın yerli sakinlərə və sosial şəbəkədə yayılan iddiasına istinadən məlumatına görə, hər iki raket mərmisi Hava Hücumundan Müdafiə Qüvvələrimiz tərəfindən vurularaq boş əraziyə düşüb. Hadisədə heç bir dağıntı və itki qeydə alınmayıb.
Erməni vandalizminin diqqət çəkən tərəfi odur ki, oktyabrın 10-da gecə saatlarında Ermənistan ərazisindən Gəncəyə atılan ballistik raket 9 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına və bir neçə binanın dağılmasına səbəb olub. Və bununla bağlı məhz bu gün Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri həmin əraziyə baş çəkib erməni vandalizminin nümunələrini öz gözləri ilə görüblər. Görünür, düşmənin növbəti raket hücumu diplomatların Gəncə şəhəri ərazisində olduğu vaxtdan cəmi bir neçə saat sonraya təsadüf etməsi öncədən planlaşdırılıb.
Rəsmi qurumlar isə öz növbəsində Gəncəyə raket atılması barədə yayılan xəbəri təkzib edib.
Oxşar xəbərlər