Ermənilər dünən Tərtərə 400-dən çox mərmi atıb

  • 07 okt 2020, 10:05
Sentyabrın 27-dən oktyabrın 6-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərinin artilleriya atəşinə tutulması nəticəsində mülki vətəndaşlara məxsus neçə evə və inzibati binaya ziyan dəydiyi məlum olub.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunan əməkdaşı xəbər verir.
Oktyabrın 6-də düşmən Tərtər şəhərinə 411-ə yaxın top mərmiləri atıb, nəticədə 10 ev tamamilə dağılıb, 36 evə isə ziyan dəyib, 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Ümumilikdə Tərtərdə 17 sosial obyektə və 338 evə ziyan dəyib, 84 ev isə tamamilə dağılıb.
Xatırladaq ki, ümumilikdə Tərtərdə 9 mülki şəxs həlak olub, 37 nəfər isə yaralanıb.
Qeyd edək ki, oktyabırın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün və bu gün də Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Hazırda döyüşlər davam edir.
Oxşar xəbərlər