Göygöldə evə basqın edilib - bıçaqlananlar var

  • 26 sen 2020, 07:48
Göygöl rayonunda evə girən oğru və ya oğrular qadın və kişini bıçaqlayıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Yeni Qızılca kəndindəki fərdi evlərin birində yaşayan 1961-ci il təvəllüdlü Fikrət Əliyev və həyat yoldaşı bir neçə bıçaq xəsarəti alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Çoxsaylı bıçaq xəsarəti alan F.Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.
Yaralıların sözlərinə görə, onların yaşadığı evə oğrular girib və həmin şəxslər tərəfindən bıçaqlanıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər