Demokratik TV
Xəbər lenti
Gecə yatarkən öldürüldü, qatili arvadı çıxdı – BAKIDA
- 25 sen 2020, 14:02
Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəna Sofiyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokratik.Az “Report”a istinadla xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin icraatında araşdırılacaq.
Qeyd edək ki, hadisə 2019-cu il iyulun 7-də, gecə saat 03.00-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.
Həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Rəna Sofiyeva həyat yoldaşı Araz Sofiyevin evə basqın edən quldurlar tərəfindən bıçaqlanaraq öldürüldüyünü, özünün isə xəsarət alması barədə hüquq-mühafizə orqanlarına məlumat verib.
Rəna Sofiyeva ilkin istintaqa verdiyi izahatında göstərib ki, hadisə baş verən günü iki naməlum şəxs onların evinə basqın edib. Həmin şəxslərə Araz Sofiyevin pul borcu olub. Onlar ev sahiblərinə bıçaqla xəsarət yetiriblər.
Nəticədə Araz Sofiyev aldığı xəsarətlərdən həyatını itirib. Qadının bildirdiyinə görə, naməlum şəxslər evdən 4 800 ABŞ dolları aparıb və evdən çıxarkən ona da bıçaqla xəsarət yetiriblər.
Lakin istintaq mənzilə iki nəfərin basqın etdiyini deyən Rəna Sofiyanın sözlərinə şübhə ilə yanaşıb.
Aparılan istintaq hərəkətləri zamanı qadın törətdiyi cinayəti etiraf edib. O bildirib ki, ərini qısqanclıq zəminində yatarkən öldürüb.
Rəna Sofiyevaya Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Bakıda şok qətl: İş adamını arvadı öldürtdürüb?
Şəmkirdə gənc qadın əri tərəfindən qətlə yetirilib
Abşeronda evə silahlı basqın edildi
Arvadını 18 bıçaq zərbəsi ilə öldürənin məhkəməsi başladı
İsgəndər Həmidova ağır itki
Sumqayıtda "JEK" işçisini öldürüb meyitini... - dəhşətli qətl
Ərini öldürən qadına bəraət verildi
Bu rayonların polis rəislərinə cinayət işi açıla bilər
Maskalılar jurnalistin evinə basqın etdi - Bakıda
Gəncədə 3 uşaq anasını evindən qaçırdılar — VİDEO
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti