Tarixçi alim dərsliyə salınmış “Arsax” sözünə "bəraət" verdi

  • 21 sen 2020, 18:03
Son günlərdə “Azərbaycan tarixi” dərsliklərindəki “Arsak” toponimi ilə bağlı çoxsaylı müzakirələr gedir. Bununla bağlı təhrif edilən, insanları yalnış istiqamətləndirən informasiyalar ictimai fikri qarışdırır.

Musavat.com-un əməkdaşı məsələ ilə bağlı tarixçi-alim Firdovsiyyə Əhmədovanın münasibətini öyrənməyə çalışıb. 
 
"Arsak"ın Azərbaycanın tarixi torpağı olan Qafqaz Albaniyasının vilayətlərindən birinin adı olduğunu vurğulayan Firdovsiyyə Əhmədova bildirib ki, istər orta ümumi təhsil məktəblərində, istərsə də ali təhsil müəssisələrində Azərbaycan tarixindən bəhs edən dövrlə bağlı mətnlərdə və xəritələrdə "Arsak" toponiminin yer alması tarixi gerçəkliyi əks etdirir. 
Azərbaycana İrəvanı güzəştə getmək şərti qoyulmuşdu” – 1918-ci ilin  gizlinləri
 
F.Əhmədovanın sözlərinə görə, 7-ci sinif Azərbaycan tarixi dərsliyində "Arsak" toponiminin yer almasında heç bir qüsur yoxdur:
“Tarix dərsliklərində, xəritələrdə "Arsak" adına göstərilən bu reaksiya həmin adamların tarixi məlumatsızlığından irəli gəlir. Hər bir Azərbaycan vətəndaşı öz tarixini mükəmməl bilməlidir. Bilməlidir ki, onun ərazisində Albaniya adında bir dövlət olub. Bu Albaniyanın vilayətlərindən birinin adı "Arsak"dır. Əgər düşmən o toponimləri mənimsəyərək öz yer adı kimi çıxış edirsə, ona qarşı əsaslı iddialarla, mənbələrə söykənərək təkzib vermTarixçi alimdən dərsliyə salınmış “Arsax” sözü ilə bağlı İZAHATək və buna qarşı mübarizə aparmaq lazımdır". 
Azərbaycan tarixi” dərsliyinin müəlliflərinin “Arsak” toponimi barədə  AÇIQLAMALARI
 
Tarixçi-alim qeyd edib ki, belə məsələlərin müzakirə predmeti olması düşmənin təxribatçı siyasətinin tərkib hissəsi olan saxtalaşdırmağa alət olmaq deməkdir:
“Arsak" da, "Sünik” də Azərbaycan torpaqlarının əzəli, tarixi adlarıdır və bu adları mütləq dərsliklərdə, tarixi ədəbiyyatda təsbit etmək lazımdır. Bu məsələnin gündəmdə olması təəssüf doğuran bir haldır. İnsanların məsələ ilə bağlı məlumatsızlığı maarifləndirmə yolu ilə aradan qaldırılmalıdır. İnsanlar reaksiya verməzdən əvvəl həmin məsələnin əsaslı olub-olmadığını aydınlaşdırmalıdırlar. Əks təqdirdə lüzumsuz və düşmənin maraqlarına xidmət edən məsələnin gündəmə gətirilməsi ilə qarşılaşırıq. Bu, arzuolunmazdır". 
 
Erməni saxtakarlığına toxunan tarixçi-alimin sözlərinə görə, ermənilərin mənimsəyərək saxtalaşdırdıqları tarix qarşısında biz öz real tariximizdən imtina etməyəcəyik:
“Ermənilər uzun müddət Albaniya tarixini öz tarixləri kimi təqdim etməyə çalışıblar. Ermənilərin bu saxtakarlığı o demək deyil ki, Azərbaycanın tarixi toponimləri bizim gənc nəsil tərəfindən bilinməməli və onların tarixi yaddaşında yer almamalıdır. Əksinə, biz erməni tərəfinin Azərbaycanın tarixi toponimlərini mənimsəməsinə, bu adlardan öz tarixləri kimi istifadə etməsinə qarşı çıxmalıyıq". 
Oxşar xəbərlər