Altıağac Milli Parkında “yaşıl soyqrım” törədilib

  • 21 sen 2020, 13:28
Altıağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı parkın ərazisində çoxlu sayda müxtəlif cinsli ağacların kəsildiyi məlum olub.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev bildirib ki, araşdırma zamanı ağacların milli parka yaxın ərazidə fəaliyyət göstərən “Cənnət Bağı” istirahət mərkəzinin ətrafında gecə saatlarında kəsildiyi və təbiətə 30240,78 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.
 

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
Son illərdə belə halların artması müşahidə olunur...
Demokratik.Az
Oxşar xəbərlər