Goranboy sakini nəqliyyat müfəttişindən Baş prokurora şikayət etdi- Video+Foto

  • 17 avq 2020, 09:45
“Həm bizi yüksək məbləğdə cərimə ilə hədələdi, həm də “Fərqlənmə nişanı” adi ilə əlavə pul aldı”
Demokratik.Az bildirir ki, bu haqda “Dünyanınsəsi.Az” saytına Goranboy rayonun Qaradağlı kənd sakini Musayev Nəriman Rəfi oğlu danışıb.
Goranboy sakini videomüraciətində qeyd edir ki, 16 avqust 2020-ci il tarixdə özünə məxsus olan “Qazel” markalı 12-BC-720  dövlət  nömrə nişanlı avtomobillə  şəxsi  mal-qarasını Göygöl rayonun ərazisində yerləşən “mal bazarı”na aparıb.Sözügedən mal bazırndan qayıdarkən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsinə məxsus olan “Daewoo Nexia” markalı 10-PC-396 nömrəli dövlət qeydiyyat nişanlı ximəti maşını idarə edən “Şamxal”  ( mob tel:0559045505) adlı əməkdaş onu saxladaraq “Fərqlənmə nişanı” tələb edib.
Vətəndaşı külli miqdar cərimə olunması ilə qorxudaraq ondan 53 manat pul alıb.Halbuki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Gəncə Regional Şöbəsi şənbə və bazar günləri işləmir.Belə olan halda  vətəndaşdan alınmış pul hansı hesab nömrəsinə köçürülüb? Ümummiyyətlə, “Fərqlənmə nişanının” qanunla hansı qiymətədir və verilmə proseduru necədir?

Görünən odur ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin   Gəncə Regional Şöbəsi “Fərqlənmə nişanını” hansı prosedur qaydada sürücülərə verməli olduğunu unudub. “Fərqlənmə nişanını” xidməti ərazilərdə istənilən qiymətlərə satılması şöbə rəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi deməkdir.
Bu həm də onun göstərir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Gəncə Regional Şöbəsinin rəisi şəxsi maraqları naminə tabeçiliyində olan əməkdaşları belə qanunazidd hərəkətlərə sövq edir.Sərt karantin rejimində Gəncə Regional şöbəsinin müvafiq ərazilərindəki  yollarda stasionar postların qurulması və reydlərin keçirilməsi isə bir başa qanunsuzluqdur.Göygöl rayonu ərazisindəki “mal bazarı”nda çəkilmiş videosüjetdə açıq şəkildə görünür ki, “Şamxal” adlı əməkdaş reyd zamanı sosial məsafəni pozmaqla yanaşı, vətəndaşlara yaxınlaşan zaman qoruyucu maskadan istifadə etmir. 10-PC-396 dövlət nömrə nişanlı xidməti maşının İnzibati Xəta cəriməsinin miqdarı 2500 azn olduğu halda, nədənsə Gəncə,Göygöl və digər ərazilərdə reyd keçirilməsinə müvafiq dövlət qurumları göz yumur?
Sonda Goranboy sakini mətubat vasitəsi ilə Baş prokuror Kamran Əliyevdən ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə “53” manat alan  DANX-ın Gəncə Regional Şöbəsinin  Şamxal adlı əməkdaşı barəsində qanunamüvafiq qaydada ölçü götürülməsini  xahiş edir.
Goranboy sakinin videomüraciətini  təqdim edirik:

Cavabdeh nazirliklər də DANX-ın Gəncə Regional Şöbəsinin Göygöl rayonu ərazisində keçirdiyi qanunsuz reydin videosunu izləsə maraqlı olar:
Oxşar xəbərlər