Gəncədə saxta DANX “əməkdaş”ı ifşa olundu – VİDEO

  • 14 avq 2020, 20:11
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Gəncə Regional Şöbəsinin saxta əməkdaşı üzə çıxıb. Onu jurnalist Ərşad İbrahimli ifşa edib.
Rafət Mərdanov adlı şəxsin rəsmi uniformada xidməti maşınla Göyöl rayonun Quşqara kəndi ərazisində fəaliyyət göstərməsi haqqında Demokratik.Az “Dünyanınsəsi.Az”-a istinadən məlumatına görə, sürücülərin mediaya çoxsaylı şikayətlər beləcə öz nəticəsini verib.
Saxta DANX əməkdaşı ilə jurnalist arasındakı videodialoqda Rafət Mərdanov özünü təqdim etməkdən boyun qaçırıb və sonda özünü DANX-ın Gəncə Regional Şöbəsinin “mütəxəssis”i  kim təqdim edib.
Bu xoşagəlməz faktla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Gəncə Regional Şöbəsinin rəisi Əhməd Rüstəmovun da mövqeyini dərc etməyə çalışacağıq. İnanmaq olmur ki, hələ də kimlərsə asanlıqla bu cür saxtakarlığa qol qoyur və adıçəkilən idarənin rəisi əmr olmadan birinə uniforma geyindirib "reket" kimi yük və taksi fəaliyyəti olan avtomaşınların üstünə buraxır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Gəncə Regional Şöbəsinin xidməti ərazilərinin Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Samux, Göygöl və Goranboy rayonları ərazisində reydlər kecirmələri haqqında göstəriş verib-verməməsi də qaranlıqdır.
Göygöl rayonu Quşqara kəndi ərazisində çəkilmiş videosüjeti təqdim edirik:
Oxşar xəbərlər