Demokratik TV
Xəbər lenti
Gəncədə "bayraq davası"! Polislə kamaz sürücüsü dalaşdı
- 20 iyul 2020, 23:05
Gəncədə Şah İsmayıl Xətai ilə Dədə Qurqud prospektlərinin kəsişməsində yerləşən polis karantin postunda qəribə olay baş verib. Polislərlə bir kamaz sürücüsü arasında "bayraq davası" düşüb.
Demokratik.Az-a bu barədə məlumat verən olay şahidlərinin sözlərinə görə, saat təxminən 21:40-da şəhərin mərkəzi küçəsinə qanunsuz yolla daxil olub Bakıya doğru hərəkət edən qoşqulu Kamaz markalı yük maşını karantin postunda saxlanılıb. Və maşının sənədləri yoxlanılarkən polislərdən birinin gözü maşından asılmış bayrağa sataşıb. Dərhal da kamaz sürücüsünə "əsas" tapılan iradını bildirərək dava salıb. Sürücüdən tələb olunub ki, Kamazdan asdığı Azərbaycan bayrağını çıxarsın və yoluna davam etsin. Nəticədə sürücü sükandan düşərək polislərə sərt etiraz edib, bayrağı çıxarmayacağını bildirib. Təxminən 15-20 dəqiqəlik mübahisədən və yaxalaşmadan sonra polislər sürücünü sərbəst buraxmağa məcbur olub. Kamazdan Polislərə xatirə qalan isə lentə aldıqları videogörüntülər və bayraq şəkilləri olub.Müstəqil media orqanı olaraq hadisəyə üzüntümüzü ifadə edir, karantin postunda keşik çəkən polislərin mühüm nöqsanlara deyil, kamazda dalğalanan Azərbaycan bayrağına ilişməsini şiddətlə qınayırıq. Axı bayraq bizim qürurumuz, bayraq bizim andımızdır!
İnanaq ki, olay sözügedən postun fəaliyyətinin fonunda DİN yetkililəri tərəfindən dərindən araşdırılacaq!..
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Bakıda ağır qəza: ölənlər var
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb
Kamaz sürücüsü Hacıqabulda həyatını itirdi
Gəncədə saxta jurnalist sənədi hazırlayan şəxs tutuldu - Foto
Cəlilabadda KAMAZ aşıb
Salyanda "KamAZ" aşdı
Xanım icra başçısının maşını "protiv" getdi: Polis görüb "çest" verdi (VİDEO)
Gəncədə saxta vəsiqəli "jurnalist" tutuldu
Ərəb şeyxi Gəncədə avtoqəza törətdi - yaşlı qadın komaya girdi
Küçəyə çıxan bu şəxslərin icazəsi olsa da cərimələnəcək
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti