Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

  • 06 iyul 2020, 22:35
Bakı-Qazax yolunun Mingəçevir rayonundan keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Demokratik.Az-ın məlumatına görə, İSUZU markalı, AZ99-JL-682 dövlət nömrə nişanlı yük avtomobili rayonun Aran qəsəbə sakini, fiziki qüsurlu gənc xanım Mustafayeva Vüsalə Elxan qızını yolu keçərkən vurub. Zərərçəkmiş Yevlax rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə zamanı mərhumun yanında azyaşlı uşaq da olub, xoşbəxtlikdən uşaq qaçaraq canını qurtara bilib.
Hadisənin şahidlərinin sözlərinə görə, üzücü olaya səbəb, magistral yolda işıqlandırılma lampalarının yandırılmaması, yaşayış massivini əhatə edən ərazinin olduqca qaranlıq olmasıdır.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib, araşdırmalara başlanılıb...
Demokratik.Az  
Oxşar xəbərlər