Daha bir jurnalist koronavirusa yoluxdu

  • 03 iyul 2020, 14:29
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Aynur Nəsirova koronavirusa yoluxub.
Bu barədə Aynur Nəsirova özünün "facebook" hesabında paylaşım edib.
O, qeyd edib ki, hazırda xəstəxanadadır: "Narahat olan dostlarım, tələbələrim, həmkarlarım, hər şey yaxşıdı. Xəstəxanada güvəndəyəm. Özünüzü qoruyun".
Qeyd edək ki, A.Nəsirova həm də  "ARB24" televiziyasının baş redaktor müavinidir.
Oxşar xəbərlər