BNA-nın sözcüsü və ailəsi koronavirusa yoluxdu

  • 28 iyun 2020, 18:58
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev koronavirusa yoluxub.
Bu barədə BNA rəsmisi öz "Facebook" səhifəsində bildirib.
O özü ilə yanaşı, ailə üzvlərinin də bu virusa yoluxduğunu vurğulayıb.
Mais Ağayev sağalacaqlarına ümid etdiklərini bildirib:
"Bir neçə gün davam edən hərarət, halsızlıq simptomları ilə təcili tibbi yardıma müraciət etdim və mənim, yoldaşımın, eyni zamanda oğlumun test nəticələri pozitiv çıxdı. Amma əhvalımız da pozitivdir. Düşünürük ki, biz virusa qalib gələcəyik".
O, həmçinin əhalini məsuliyyətli olmağa çağırıb.
Oxşar xəbərlər