Elcin Quliyevin 165 hektarlıq bağ evi (FOTO)

  • 23 iyun 2020, 19:35
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin Novxanı qəsəbəsində, 165 hektarlıq bir bağ evinə sahib olduğu iddia olunur.
Bu barədə məlumatı Meydan.Tv-nin həmtəsisçisi Həbib Müntəzir yayıb.
“Bura general-polkovnik Elçin Quliyevin Novxanı qəsəbəsində, 165 hektarlıq bağ evidir. DSX sədri o qədər vətənpərvərdir ki, bağından birbaşa süni yaratdığı, Xəzər dənizi formasında olan gölə çıxışı var. Bakının Novxanı qəsəbəsindəki bu malikanədən İlham Əliyevin əsla xəbəri yoxdur. Mənim isə 3600 km uzaqlıqda olmağıma baxmayaraq xəbərim var. Görməyibsə, maksimum paylaşaq, görsünlər, tanısınlar, bilsinlər” - deyə jurnalist öz xəbərini şərh edib.
Dövlət Sərhəd Xidmətinin rəisi jurnalistin iddiasını hələlik nə təsdiq, nə təkzib edib.
Demokratik.Az
Oxşar xəbərlər