Demokratik TV
Xəbər lenti
Şəmkirdə çətənə əkən şəxslər saxlanılıb
- 19 iyun 2020, 00:04
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, iyunun 15-də Şəmkir RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mehirli kənd sakini 56 yaşlı Alim Novruzəliyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan 5 ədəd çətənə kolu aşkar olunub. Bundan başqa A. Novruzəliyevin üzərinə keçirilən baxış zamanı 3 ədəd kibrit qutusunda ümumi çəkisi 17.212 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dəllər-Cəyir kənd sakini 38 yaşlı Tofiq Hüseynova məxsus evin həyətyanı sahəsindən 12 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə kolu - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı həmin şəxslər çətənə kollarını özləri becərdiyini bildirib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
DİN: 79 kq narkotik vasitə aşkarlanıb
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
Vətəndaşlardan narkotik və silah aşkarlanıb
HƏYƏTİNDƏ ÇƏTƏNƏ BECƏRİRDİ - TUTULDU
Polis çay evində əməliyyat keçirdi - Video
Balakən sakinindən silah və narkotik aşkar edildi
Gəncə sakinindən narkotik maddə götürülüb
Evində narkotik gizlədən Göyçay sakini saxlanılıb
Balakəndə 1 t 200 kq narkotik vasitə məhv edilib
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti