Rəhim Qazıyevin keçmiş kürəkəni ilə bağlı araşdırma başlanıb

  • 14 iyun 2020, 13:28
Rəhim Qazıyevin dünən, iyunun 12-də xəsarət alması ilə bağlı başlanan cinayət işi üzrə keçmiş kürəkəni tərəfindən törədilməsi faktı üzrə istintaq araşdırmalarına başlanılıb.  
Bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib. 
Onun sözlərinə görə, keçmiş kürəkəni tərəfindən Qazıyevə əvvəllər də anoloji qaydada xəsarət yetirməsi ilə bağlı hazırda məhkəmə prosesi aparılır.
Hacıyev qeyd edib ki, məsələ ilə bağlı əlavə məlumat veriləcək.
Rəhim Qazıyev isə Turana bildirib ki, araşdırma ilə bağlı ona hələ ki, heç bir rəsmi məlumat verilməyib. "Xəbərim yoxdur. Keçmiş kürəkənimin istintaqa cəlb edilməsi ilə bağlı xəbəri indi sizdən eşidirəm. Mənə polisdə bildiriblər ki, araşdırma ilə bağlı məlumat veriləcək, amma hələ ki heç nə deməyiblər". 
Qazıyev qeyd edib ki, şübhələndiyi şəxs yoxdur. "Fərziyyələrlə heç kəsi ittiham etmək olmaz. Hadisə yerində kameralar var. O kameralar vasitəsilə məni vuran şəxsi müəyyənləşdirmək olar". 
Oxşar xəbərlər