Gəncədə DSMF-nin əməkdaşları saxlanılıb

  • 13 iyun 2020, 11:19
DSMF-nin Kəpəz rayon Şöbəsinin 5 nəfər əməkdaşı saxlanılıb.
Yayılan məlumatlarda iddia olunur ki, Hüquq-mühafizə orqanlarının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhəri Kəpəz rayon Şöbəsində xüsusi əməliyyat keçirib. Nəticədə, əməliyyat zamanı DSMF-nin Kəpəz rayon Şöbəsinin 5 nəfər əməkdaşı saxlanılıb.
Saxlanılanlar arasında DSMF-nin Kəpəz rayon Şöbəsinin direktor müavini Bayalı Xəlilov, baş mühasib Elçin Yenisey və digərləri də var.
Saxlanılan şəxslər saxta sənədlərlə ünvanlı sosial yardım verməkdə və digər qanunazidd əməllərdə ittiham olunur.
DSMF-nin Kəpəz rayon Şöbəsinin rəisi Ülfət Əhmədov isə tutduğu vəzifədən azad olunub.
Adının çəkilməsini istəməyən DSMF əməkdaşı xəbərin doğruluğunu təsdiqləyib... 
Oxşar xəbərlər