Gəncənin sabiq icra başçısı qalmaqallı oğluna yeni maşın aldı - FOTO

  • 22 iyun 2020, 12:01
Gəncənin Nizami rayonunun sabiq icra başçısı Məharət Mustafayevin oğlu Sərxan Mustafayev bahalı nömrəyə sahib olan BMW markalı yeni avtomobilinin fotosunu gündəm edib.
"Demokratik.Az"-ın əldə etdi məlumata görə, maşın sabiq icra başçısının oğluna növbəti avtomobil hədiyyəsidir. 
Özünün qiyməti təxminən 40 min manat olan BMW-nin 10-20 min manat arasında dəyişən "AZ 20-DD-001" dövlət nömrə nişanına sahib olması daha çox diqqət çəkir. Hiss olunur ki, ata Mustafayev özünü hələ də icra başçısı hesab edir, illər öncə itirdiyi vəzifənin adrenalinini maşın nömrələrində yaşayır.
Xatırladaq ki, qalmaqallı məmur övladının adı bir müddət öncə Gəncədə həbs edilən Cəmilə adlı yüngül əxlaqlı qadının onu alçaldıcı intim-videoya çəkməklə şantaj etməsi olayında da hallanmışdı...
Demokratik.Az 
Oxşar xəbərlər