Gəncədə oğul 85 yaşlı anasını döyüb

  • 03 iyun 2020, 21:42
Gəncədə oğul 85 yaşlı anasını döyərək ona xəsarət yetirib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.
Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü Güləndam Köçəriyeva müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yaxınlarının bildirdiyinə görə, qadını içki aludəçisi olan oğlu döyüb. Həkimlər G.Köçəriyevanın vəziyyətini kafi kimi qiymətləndirirlər.
Hadisənin səbəbi isə hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər