Demokratik TV
Xəbər lenti
Jurnalistlərin binasında Vüqar Səfərlinin "ÇİN ƏMƏLİYYATI"
- 30 may 2020, 08:45
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda əvvəlki rəhbərliyin fəaliyyətini araşdırmaq üçün bir müddətdir audit yoxlamalarına başlanılıb.
Demokratik.Az-ın "BakuPost"-a istinadən məlumata görə, yoxlamalar zamanı külli miqdarda vəsaitin mənimsənildiyi aşkarlanıb. Əsas vəsait jurnalistlər üçün tikilən binanın inşası zamanı mənimsənilib. Artıq binanın inşası prosesində iştirak edən hər kəs dindirilib. Məlum olub ki, tikinti zamanı istifadə olunan materiallar sənədlərdə göstərilənlərlə uyğun deyil. Sənədlərdə hər şey çox baha, yüksək keyfiyyətli materiallar kimi göstərilib. Reallıqda isə ən ucuz, keyfiyyətsiz məhsullardan istifadə olunub. Dindirilən bütün aidiyyatı şəxslər də bu faktları təsdiq ediblər. Bildiriblər ki, onlara rəhbərlikdən tapşırıq gəlib. Hətta binanın tikintisində istifadə olunan materialları almaq üçün KİVDF-nin əvvəlki direktoru Vüqar Səfərli özü Çinə səfər edib.
Yoxlamaların nəticələrinin yaxın günlərdə ölkə başçısına təqdim ediləcəyi gözlənilir.
Bütün bunlardan sonra tikintini həyata keçirən “Portos İnşaat”, “Jurnalist Evi” MMC, eləcə də KİVDF-nin keçmiş direktoru Vüqar Səfərli barədə cinayət işinin açılacağı ehtimal olunur.
V.Səfərli KİVDF-yə 2009-cu ildən rəhbərlik edirdi. 4 aprel 2020-ci ildən isə bu vəzifəyə Əhməd İsmayılov təyin olunub

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Sevindirici sərəncam! "KİVDF" Vüqar Səfərlidən qurtuldu
“Əli Həsənov, Vüqar Səfərli, Nuşirəvan Məhərrəmli, Əflatun Amaşov dəstəsi…”
Jurnalistlərə tikilən 3-cü bina 2020-də paylanacaq
Jurnalistlərin binası nə vaxt hazır olacaq? (AÇIQLAMA)
Daha bir müraciət! - “Kupça” məsələsi jurnalistləri incik salıb
Jurnalistlərin binasından ŞİKAYƏT: Vüqar Səfərlinin "Jurnalist evi" MMC-si günahlandırılır
Aslan İsmayılov da danışdı: "Vüqar Səfərliyə cinayət işi açılmalıdır"
Jurnalistlər yeni mənzillərinə qovuşdu
"Mediada da islahatlara ehtiyac var” - Deputat
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti