Kamil Zeynallı azadlığa çıxdı

  • 22 may 2020, 19:31
Mayın 12-də Nərimanov rayonu ərazisində karantin rejiminin qaydalarını pozduğu üçün saxlanılaraq Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə inzibati həbs edilən məşhur idmançı Kamil Zeynallı azadlığa çıxıb.
Demokratik.Az xatırladır ki, K.Zeynallı həbs müddətini Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində keçirib.
Demokratik.Az
Oxşar xəbərlər