Rüstəm Usubov bunca varlı imiş - varidatı barədə ŞOK İDDİA

  • 22 may 2020, 09:24
"Meydan-TV" rəhbəri Həbib Müntəzir Baş prokurorun 15 illik sabiq 1-ci müavini, dünən İlham Əliyevin istefaya göndərdiyi 66 yaşlı Rüstəm Usubovun və yaxınlarının varidatı barədə iddialar irəli sürüb.
Demokratik.Az bildirir ki, araşdırmaçı-mühacir jurnalistin sosial şəbəkədə yaydığı SİYAHI generalın və ailə üzvlərinin biznes şəbəkəsinə, sahib olduqları mülklərə işıq salır.
Beləliklə, iddialara inansaq, generalın və yaxınlarının adına olan sərvətləri aşağıdakılardır. 
************************
▪️Nəsimi rayonu, Bülbül Prospekti, ev 65C ünvanında bir neçə mənzilləri,
▪️Mərdəkanda hərəsi 10 milyon dəyərində yan-yana 4 villai,
▪️28 may küçəsində 4 otaqli mənzil,
▪️Naxçıvanidə 4 otaqli mənzil,
▪️Səməd Vurğun küçəsində bir blokda 3 ədəd mənzil,
▪️Yasamalda 3 yeni mənzil,
▪️İçəri Şəhər metrosu yaxınlığında 2 yeni mənzil
▪️12 ədəd hərəsinin dəyəri iki yüz minlik mənzil
▪️Neftçilərdə Xəzər universitetinin yanında yeni tikili 4 bina
▪️Xalqlar dostluğunda yeni tikilir 2 bina
▪️D. Bünyadzadə küçəsində Xəmirçi Təndirxana və Market
▪️Onun yaxınlığında Ət dükanları,
▪️Yasamalda, D.Bünyadzadə küçəsində "Səbət" kafesi,
▪️Yeni Yasamaldakı Şakoroll restoranı,
▪️Tikinti materialları dükanı,
▪️"Elit" kişi salonu,
▪️Yasamalda bir aptek,
▪️Böyük Alman malları dükanı,
▪️Gəncə məhsulları adında dükan şəbəkələri,
▪️9-cu Mikrarayonda Karaoke kafesi,
▪️Ayna Soltanovanın arxasında "Oazis Lido" restoranları.
▪️Moskvada bir bağ evi
▪️Fransada mənzili var
Qohumluqlar:
3 qızı var. Humay, Nərmin və Nəzrin Usubovlar:
▪️Humay göz həkimidir, öz klinikası var,
▪️Humayın Ayna Soltanovada Hoteli,
▪️"Təzə Bazar"la üzbəüz binada hərəsi 4 yüz min manatlıq 2 mənzili,
▪️Hüseyn Cavid prospektində Mirvari Park kompleksində 2 ədəd hərəsi 1 milyon dəyərində mənzil,
▪️9 cu mikrarayonda 3 mərtəbəli çay evi,
▪️4 avtomobil Land Cruser, Audi, BMW, Mercedes Maybach.
▪️Nərmin diş həkimidir, öz klinikası var,
▪️Nərminin Təzə bəy hamamının yanında yeni tikilidə qiyməti 1.5 milyon olan 2 mənzil,
▪️Hüseyn Cavid prospektində Mirvari Park yaşayış kompleksində 2 ədəd dəyəri 1 milyon olan 2 mənzil,
▪️Rəşid Behbudov prospektində Xarici dillər universitetinin yanında 2 mənzil hərəsinin dəyərləri 1 milyon,
▪️Türkiyə Bodrumda mənzil,
▪️Almaniyada mənzil,
▪️Mərdəkanda 2 ədəd hərəsinin dəyəri 5 milyon olan iki villa,
▪️3 avtomobil: Leksuz markalı 005 nömrəli, Maseratti, BMW.
▪️Nəzrin hüquqşünasdır məhkəmədə işləyir.
Nəzrin oğlunun adını Rüstəm qoyub və varis elan olunub o biri qızlarının nəyi varsa 3-ə vurun əmlak və biznesi. Üstəlik yoldaşı da eks nazir Yavər Camalovun bacısı oğludur.
????Yoldaşı Kəmalə Usubova milyonlarla dəyərində antik qızıl və brilliant kolleksiyaçısıdır.
????Kürəkəni Nəsimi rayon, 20-ci Polis Bölməsinin rəisi mayor Vüqar Abdullayev.
????İkinci kürəkəni Üveysi İsmayılov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavinidir. Ölkədə mərmər monopoliyasına nəzarət edir.
????Qardaşı Üzeyir İsmayılov Müdafiə Sənayesi nazirliyinin aparat rəhbəri.
????Kiçik kürəkəni Zaur vergilərdə audit şöbəsinin rəisidir.
????Bütün əmlakları və biznesləri qayınları Abdinov Emin və Abdinov Fuad Alim oğlanlarının adlarına rəsmiləşdirilib.
????Qaynı Abidinov Eminin “DƏNİZ EA” MMC şirkəti var.
Maşın kolleksiyası:
????Lexus RX Premium Jeep 011, 005 nömrəli,
????002 nömrəli Mercedes-Benz GL,
????2 ədəd Land Cruser markalı avtomobil,
????Panamera Porshe markalı avtomobil,
????Mercedes-Benz S-Klas markalı avtomobil,
????Kürəkəni Üveysinin Gelandewagen 6.3 motorlu, Dubayda şeyxlər üçün yığılma avtomobili var.
P.S - Qarşı tərəf Həbib Müntəzirin sözügedən iddiasına hələlik heç bir aydınlıq gətirməyib, yazılanlar təkzib edilməyib...
Demokratik.Az
Oxşar xəbərlər