SOS! Göygöldə "AZSTAND" adına "südlü" sosiskada qurdlar civilləşir - FOTO

  • 20 may 2020, 17:07
Göygöl rayon mağazalarında qurdlu sosiska peyda olub.
Göygöl sakinlərinin Demokratik.Az-a verdiyi məlumata görə, rayon ərazisində fəaliyyət göstərən mağaza və marketlərdə "AZSTAND" adına sığınmaqla satılan xarab "SÜDLÜ SOSİSKA" türü medana çıxıb. İstehsalçısı fiziki şəxs Coşqun Əliyev olduğu qeyd olunan sosiska növünün Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivində istehsal edildiyi üzərindəki rekvizitdə qeyd olunur.
İstehlakçılardan birinin dediyinə görə, ötən həftə aldığı eyniadlı sosiska nəinki xarab olub, eləcə də içini xırda qurdlar bürüyüb. Havanın hərarətinin yüksəlməsilə əlaqədar rastlaşdığı durumu önəmsəməyən şikayətçi bildirir ki, bir neçə gün sonra yenidən sosiska almalı olub və eyni aqibətin şahidi olub. Yenə həmin ad sosiskadan qurdlar çıxıb.
"Demokratik.Az"-a təqdim olunan sosiska nümunələrindən görünür ki, şikayətçilər iddialarında haqlıdırlar. 
Sözügedən sosiska növünün qablaşdırmasından görünür ki, istehsalçı malın nə zaman istehsal edildiyi tarixi tamamilə gizlədir. Lakin, "Qurdlamış" malın üzərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istifadəsinə icazə verilmiş ədviyyat və qida əlavələrini nümayiş etdirir. 
"SÜDLÜ SOSİSKA" təqdimatında məscid-minarə şəkli də yerləşdirməklə sanki məhsulunun tam halal və gigienik normalara uyğun istehsal edildiyinə alıcını inandırmaq istəyirlər. Bundan başqa, sosiska 1 kq üçün 3 manat 80 qəpiyə təklif olunmaqla ucuz cəlbediciklik əldə edilir.
Sözügedən istehsalçının özü ilə də əlaqə yaratmağa çalışdıq. Malın üzərində əlaqə vasitəsi kimi göstərilən telefon nömrəsinə (050-550-07-50) ümumiyyətlə zəng çatmadı...
Göygöl sakinlərini sosiska seçərkən diqqətli olmağa, sözügedən qurdlu sosiska növünü almamağa səsləyirik.
İnanırıq ki, əhalinin sağlamlığına mükəlləf olan Qida Təhlükəsizliyi Agentliyinin regional əməkdaşları və mənşəyi-keyfiyyəti şübhəli olan bu kimi sosiskanı alıb vətəndaşlara satan mağaza sahibləri tədbirli davranacaq. 
(mövzu diqqətimizdədir)
Demokratik.Az

 
Oxşar xəbərlər