Zeynəb Xanlarovanın "öldü" xəbəri yalan çıxdı

  • 19 may 2020, 18:12
Dünən gecə saatlarından yayılan məlumata görə, Xalq Artisti Zeynəb Xanlarova səhhətində yaranan narahatçılıqdan dünyasını dəyişib. Xəbər yalan çıxıb.
Əməkdar artist Mehriban Xanlarova sosial media hesabında bibisi, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbərini yayan şəxsin videosunu yayımlayıb.
Mehriban Xanlarova öz ”İnstagram” hesabında Zeynəb Xanlarovanın ölüm xəbərini yayan şəxsin xaricdə yaşayan azərbaycanlı bloger olduğunu deyib:
”Zeynəb Xanlarovanın haqqında təbliğat xarakterli ölüm xəbərini yayan, xaricdə yaşayan siyasi bloqer Orxan Ağayevdir. Burdan üzümü tutub ona demək istəyirəm ki, xaricdə oturub arvad kimi qeybət edərək, artığ-əskik danışmağı özüvə kişilik bilmə. Cəsarətin çatırsa, gəl Bakıya mən səninlə təkbətək görüşməyə hazıram. Onda bilərik, aslan kimdir, çaqqal kimdir? Buyur səni gözləyirəm Bakıda”.
Qeyd edək ki, Z.Xanlarovanın oğlu Ramin Babayev mətbuata açıqlamasında anasının səhhətinin yaxşı olduğunu bildirib.
Oxşar xəbərlər