”Kontakt Home” şirkəti neqativ işlərə niyə meyillənib? - İDDİALAR

  • 17 may 2020, 10:31
“”Kontakt Home” şirkəti işçilərinin maaşından dövlətin verdiyi pulu kəsib”
Demokratik.Az bildirir ki, bu sözləri ötən günlərdə "Musavat.com"-un canlı efirində qonaq olmuş "AĞ Partiya" lideri Tural Abbaslı iddia edib. “Dövlət şirkətlərə işçilərini karantində işdən azad etməsin deyə yardım etdi. Məsələn, “Kontakt Home” şirkətinin işçilərinə dövlət 125 manat pul verdi. İşçilər işə qayıdan kimi şirkət o pulu işçilərin maaşından çıxdı.
Dövlətin verdiyi yardımı işçilərinə verib, “1 ay karantində evdə oturmusan, işləməmisən” dedidlər, sonra da o pulu ciblərindən veriblərmiş kimi işçilərin növbəti maaşından çıxdılar. Əminəm ki, bütün şirkətlər eyni addımı atıb”-deyə gənc partiya sədri "Kontakt Home" şirkətinin timsalında kəskin iradlarını bildirib.
Xatırladaq ki, son ayda adıçəkilən şirkətin fəaliyyəti barədə daha bir neqativ xəbər gün işığına çıxarılmışdı.
Cebhe.info saytı yazmışdı ki, Koronavirus pandemiyası ilə əlaqədar ödənişləri bir aylıq dayandıran “Kontakt Home” mayın 1-dən etibarən ödənişləri bərpa edib. Bu niyyətlə müştərilərə ödənişləri gecikdirməməklə bağlı mesaj da göndərilir. Mesajların mətnində cərimə yazılmaması üçün ödənişi gecikdirməmək tələb olunur.

Demokratik.Az-ın əldə etdiyi məlumata görə, adıkeçən şirkət sadalanan faktlara cavab vermək və neqativləri varsa düzənləmək əvəzinə saytları susdurmaq məqsədilə Azərbaycan Mətbuat Şurasına əsassız şikayətlər edib. Bir neçə həmkarımızdan əldə etdiyimiz məlumata görə, MŞ şirkətin şikayətini icraata götürüb və növbəti ayın əvvəlində KİV-lərə qarşı iclas qurulacaq.
Yazılanlarla əlaqədar şirkətin mövqeyini də işıqlandırmağa hazırıq!
Demokratik.Az
Oxşar xəbərlər