Demokratik TV
Xəbər lenti
Gəncədə saxta vəsiqəli "jurnalist" tutuldu
- 16 may 2020, 22:13
Gəncədə jurnalist olması barədə saxta sənəd hazırlayaraq karantin qaydalarını pozmağa çalışan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xüsusi
karantin rejimi ilə əlaqədar xidmət apararkən, Kəlbəcər rayon sakini Elnur Alməmmədovun şəhər ərazisinə daxil olması barədə xüsusi icazəsinin olub-
olmamasını yoxlayan zaman o, “Liderpress.az” MMC-də işlədiyini bildirib. Üzərində gəzdirdiyi, həmin müəssisənin xidməti vəsiqəsini polis əməkdaşlarına təqdim etdikdə isə onun saxta olduğu müəyyən edilib. E. Alməmmədov ərazi üzrə polis idarəsinə gətirilib və ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib.Saxlanılan şəxs ifadəsində xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisinə sərbəst şəkildə daxil olmaq üçün bu yola əl atdığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.![]()

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Gəncədə saxta jurnalist sənədi hazırlayan şəxs tutuldu - Foto
Gəncədə bıçaqlamada şübhəli bilinən şəxs saxlanıb
Gəncədə karantin rejimini pozan gənclər aşkarlanıb
Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb - FOTOLAR
Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı
Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanılıb
Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb - FOTO
Gəncədə bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Gəncə polisi su motorları oğurlayan dostları tutub
Gəncədə oğru saxlanılıb
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti