Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb - FOTOLAR

  • 15 may 2020, 22:49

DİN-in  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb. Dərhal polis əməkdaşları tərəfindən vətəndaş Hüseyn Zahidova məxsus “Günəş” məktəbəqədər tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi  barədə xəbərdarlıq edilib. H. Zahidov  və mərkəzin digər əməkdaşları barədə  qanunamüvafiq tədbir görülüb.



Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər