"Tarqovı” yenidən bağlanıb? (AÇIQLAMA)

  • 06 may 2020, 19:27
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə "Tarqovı”nın yenidən bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
"Demokratik.Az" xəbər verir ki, BŞBPİ-nin Mətbuat Xidməti "Report”un sorğusuna cavab olaraq bildirib ki, hazırda polis tərəfindən Nizami küçəsinə giriş və çıxışda hər hansı məhdudiyyətlər tətbiq olunmur:
"Sosial şəbəkələrdə küçənin bağlanılması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir”.
Oxşar xəbərlər