Gəncədə koronavirusa yoluxma niyə artıb? - RƏSMİ AÇIQLAMA

  • 06 may 2020, 19:24
"Son zamanlar koronavirusa yoluxanların sayı artıb. Bu, bizə siqnallar verir ki, vətəndaşlar tövsiyələrə daha ciddi riayət etməlidir".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, son zamanlar Gəncədə virusa yoluxanların sayında artım olub: "Ora İşçi qrupu ezam olundu və araşdırdı. Təəssüflər olsun ki, orda karantin rejiminə düzgün əməl olunmadığına görə yoluxma artmışdı.
Cənub və şimal zonasında həftədə bir neçə dəfə vətəndaşlar sərhəddən keçir. Biz əvvəldən bildirmişik ki, kim sərhədi keçirsə, mütləq karantinə gedir və test olunur. İranla gedib gəlmələrə görə cənub zonasında belə ocaqlar meydana gəlirdi. Tək tək ocaqlar da meydana çıxır. Dünən Salyanda da belə ocaq aşkarlandı. Belə ocaqları aşkarlamağa çalışırıq".
Oxşar xəbərlər