Bakıda dəyəri 1150 manat olan velosipedlər oğurlanıb

  • 06 may 2020, 12:24
Bakı sakininin velosipedləri oğurlanıb.
APA-nın məlumatına görə, hadisə Nizami rayonu, M. Səfərli küçəsində qeydə alınıb.
Naməlum şəxs şəhər sakini R. Yusufova məxsus dəyəri 1150 manat olan iki velosipedi oğurlayıb.
Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1980-ci il təvəllüdlü Orxan Məmmədov saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər