Xəbər lenti
Bütün xəbərlər

Fahişəliyi təbliğ edən saytla bağlı cinayət işi açılacaq? (FOTO+18)

  • 11 mar 2015, 20:00
Bakıda əxlaqsızlığı yayan yeni sayt fəaliyyətə başlayıb.

Demokratik.Az bildirir ki,"Baku Escort” adı altında fəaliyyətə başlayan bu sayt, guya boş vaxtlarını sərfəli və səmərəli keçirmək istəyən insanlar üçün xidmət göstərir.

Əslində isə sayt fahişəliyi təbliğ edir. Saytda xanımların xidmətləri təklif edilir. Saytda dünyanın bütün yerindən fahişələr təklif olunur. Onların adları, çılpaq fotoları açıq şəkildə nümayiş edilir.

Qızları bəyənənlər üçün isə onlarla əlaqə yaratmaq üçün telefon nömrələri yazılır. Maraqlıdır ki, həmin sayta heç bir məhdudiyyət olmadan girmək mümkündür.

Məsələ ilə əlaqədar ANS PRESS Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşviq Əmirov ANS PRESS-ə açıqlamasında bildirib ki, sayt qeydiyyatdan keçib. ANS PRESS-in müraciəti əsasında rabitə nazirliyi hüquq-mühafizə orqanlarına müraciət edib. Saytın faəliyyəti araşdırılaraq, müvafiq tədbirlər görüləcək.


















 
Mənbə
Oxşar xəbərlər