Mahir Quliyev niyə həbs olundu?

  • 29 apr 2020, 21:31
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələrinin Biləsuvar rayonuİ Hakimiyyətinin binasında keçirdiyi xüsusi əməliyyat nəticəsində icra başçısı və bir neçə müavini saxlanılıb.
Əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı keçirilib. Bununla bağlı çoxsaylı, əsaslı şikayətlər olub.
Əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin, rayonun bələdiyyə sədri, mərkəzi xəstəxananın baş həkimi, MİS sədri və başqa bir neçə nəfər saxlanılıb./bakupost
Oxşar xəbərlər