Xəbər lenti
Bütün xəbərlər

Göygöldə baş vermiş ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb

  • 08 mar 2015, 16:23
Apa-nın qərb bürosunun verdiyi məlumata görə hadisə martın 7-də saat 19 radələrində rayonun Aşıqlı kəndi yaxınlığında baş verib. "Niva” markalı avtomobillə "Toyota” markalı avtomobil toqquşub. Qəza zamanı "Niva”nın sürücüsü 1979-cu il təvəllüdlü Xıdırov Anar Yusif oğlu hadisə yerində ölüb. Qəza yerinə gələn FHN-nin xilasediciləri meyiti deformasiyaya uğrayan avtomobildən çıxarıblar. Qəza zamanı "Niva”da olan sürücünün atası 1952-ci il təvəllüdlü Xıdırov Yusif Paşa oğlu ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.  

 

"Toyota”nın sürücüsü Gəncə Şəhəri Kəpəz Rayon Polis İdarəsinin əməkdaşı 1969-cu il təvəllüdlü Fərhad İsmayılov və onun qardaşı 1966-cı il təvəllüdlü Nuru İsmayılov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. "Toyota”nın sürücüsü polis əməkdaşı olduğundan  faktı Göygöl rayon Prokurorluğu araşdırır.


Demokratik.Az

Oxşar xəbərlər