Demokratik TV
Xəbər lenti
Zaqatalada kriminal avtoritet həbs edildi
- 06 apr 2020, 11:09
Zaqatala sakinini bıçaqlayan şəxs tutulub.
Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün Car kənd sakini, 1996-cı il təvəllüdlü İsmayıl Məhəmməd oğlu Musayevi bıçaqlayaraq hadisə yerindən qaçan, əvvəllər məhkum olunmuş Nəriman Kərim oğlu Qurbanəliyev tutulub.
Qeyd edək ki, məlum hadisə ötən gün axşam saatlarında rayonun Car kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü İsmayıl Məhəmməd oğlu Musayev bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı İ.Musayevin yaşadığı kəndin ərazisində bıçaqlandığı məlum olub. Yaralı dərhal cərrahiyyə əməliyyatına götürülüb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Xatırladaq ki, hadisəni törədən N.Qurbanəliyev kriminal aləmdə “Diska Nəriman” adı ilə tanınır. O, bir müddət əvvəl həbsdən buraxılıb.
N.Qurbanəliyev əvvəllər Zaqatalada “obşak”a baxıb və həbsdə olan avtoritetlərə pul toplayıb.
Onu da əlavə edək ki, “obşak” kriminal aləmin maliyyə vəsaitinin cəmləşdiyi ümumi büdcədir.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanılıb
Zaqatalada 26 yaşlı oğlanın qollarını baltaladılar
Zaqatalada oğul 78 yaşlı atasını balta ilə öldürdü
Zaqatalada fındıq oğruları tutuldu
Masallıda evə basqın olub, ev sahibi bıçaqlanıb
Əfqan Muxtarlının bacısı və iki azyaşlı qohumu evdə ölü tapılıb
İsmayıllı sakini çayxanaya qumbara atıb
Rusiya vətəndaşları bıçaqlanıb-Şəkidə
Zaqatalada fındıq oğrusu saxlanıldı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti