Xəbər lenti
Bütün xəbərlər

Gəncədə kişi həyat yoldaşını benzinlə yandırdı – Foto

  • 05 apr 2020, 14:56
Gəncədə qadın həyat yoldaşı tərəfindən yanıq x
əsarətləri alıb.
Demokratik.Az-ın Apa-ya istinadən məlumatına görə, hadisə şəhərin Zərdabi küçəsindəki yaşayış evlərinin birində qeydə alınıb.
1986-cı il təvəllüdlü Abbasova Könül Vaqif qızı bədəninin 40-50 faiz yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, qadını həyat yoldaşı üstünə benzin tökməklə yandırıb. Səbəb isə onların boşanması olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər