Xəbər lenti
Bütün xəbərlər

Gəncənin sabiq icra başçısının oğlu oldu - Adını Elmar qoydu

  • 29 mar 2020, 16:04
Gəncənin Nizami rayonunun sabiq icra başçısı Məharət Mustafayevin yeni oğlu olub.
"Demokratik.Az"-ın etibarlı mənbədən əldə etdiyi məlumatda bildirilir ki, Məharət Mustafayev bir neçə gün əvvəl dünyaya göz açmış övladına Elmar adını qoyub. Məlumatlı mənbə bunu Məharətin öz dostu, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə sayğısı kimi izah edir.
Xatırladaq ki, Məharət Mustafayev 2011-ci ildən məlum sui-qəsd olayınadək (2011-2018-ci ilin iyulunadək-red) Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin ən yaxın adamı olub, sonuncunun "qara kassası" və ən etibarlı əlaltısı kimi ad çıxarıb.
Adıçəkilənlərin dostluğu 90-cı illərə dayanır.
Məharət Mustafayevə "gözün aydın!" deyirik...
Demokratik.Az
Oxşar xəbərlər