Koronavirusdan ölən qızın atası : “Çox əzab çəkirəm”

  • 27 mart 2020, 15:55
Türkiyənin İstanbul şəhərində koronavirusdan həyatını itirən qızın atası açıqlama verib.
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, İstanbulda özəl xəstəxanada çalışan Dilek Tahtalı koronavirus pandemiyası səbəbindən 24 mart tarixində həyatını itirib.
Tək övladlarını itirən ata İsmail Tahtalı Diləyin vəfatından danışıb: "Dilek bir neçə gün idi ki, öskürək və qızdırmadan şikayət edirdi. Xəstəxanaya apardıq və koronavirus testi edildi. Qızımda pozitiv çıxdı, həyat yoldaşım və məndə isə neqativ çıxdı. Dilek ürək çatışmazlığından əziyyət çəkirdi. Virusa tab gətirə bilmədi, onu itirdik. Tək övladımızı itirdiyimiz üçün əzab çəkirik”.
Dilek ölümündən öncə sosial mediada vəziyyəti ilə bağlı status paylaşıb : "Bir düş artıq qızdırma. Azca olsun yaxamı burax!"
Oxşar xəbərlər