Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Kriminal » Gəncə Dövlət Universitetinin dekan müavininə cinayət işi açılıb
Gəncə Dövlət Universitetinin dekan müavininə cinayət işi açılıb
- 19 mart 2020, 15:12
Gəncə Dövlət Universitetinin dekan müavininə cinayət işi açılmasına dair məlumat yayılıb.
Demokratik.Az-ın məlumatına görə, Universitetin Pedaqoji fakultəsinin dekan müavini Yusifov Anar İdris oğlu dələduzluqda və rüşvət vermədə təqsirləndirilir.
Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 312-ci (rüşvət vermə) maddələri ilə ittiham verilib.
A. Yusifovun barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 30-a təyin edilib.
Gəncə Dövlət Universitetinin rektorunun müşaviri Asif Cavadov olaya münasibət bildirib. Müşavir APA-ya bildirib ki, A. Yusifovun barəsində cinayət işi açılandan sonra dekan müavinliyindən azad olunub: "O, hazırda universitetdə Bədən Tərbiyəsi kafedrasında müəllim kimi çalışır”.
Bildirək ki, son illər GDU-da oxşar ittihamlar üzrə cinayət işinə cəlb edilən müəllimlərin sayı artmaqdadır. Ötən il saxta diplom qalmaqalı ilə də universitetin bir qrup əməkdaşı həbsə atılıb.
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
BDU-nun xanım dekan müavini tələbənin həbsini istəyir
Hacı İbrahim Nehrəmlinin qardaşının cinayət işi MƏHKƏMƏDƏ
Gəncə hadisələri ilə bağlı 7 nəfərin məhkəməsinin vaxtı – Açıqlandı
Gəncə Dövlət Universitetində "3 GÜNLÜK" praqul-yenilənib
Baş Prokuror “Gəncə hadisələri”ndən danışıb
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
600 min rüşvət alan hakimə 7 il cəza
Sabiq MTN əməkdaşının yenidən məhkəməsi başlayıb
DTX-nın həbs etdiyi baş redaktor hakim qarşısında
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti