Gəncənin polis nəfərini maşın vuraraq öldürüb (YENİLƏNİB) - Ağstafada

  • 04 mart 2020, 14:36
Dünən Gəncə şəhər Baş Polis İdarəsinin post patrul xidməti əməkdaşı, polis serjantı Fərhad Abdullayev Ağstafa rayonu ərazisində xidməti tapşırıq yerinə yetirərkən dünyasını dəyişib. Mərhum polisi yolu keçmək istəyərkən yüksək sürətlə hərəkətdə olan avtomaşın vurub və o yerindəcə keçinib.
"Demokratik.Az"-a bu barədə mərhumun yaxınlarından biri məlumat verib.
Mərhum polisin nəşi bugün günorta saatlarında yaşadığı Gəncə şəhərində torpağa tapşırılıb.
Bildirilir ki, mərhum Fərhad Abdullayevi vuran avtomaşın Şəki Polis rəisinin xidməti avtomobili olub.
Faktla bağlı araşdırma başlayıb.
Allah rəhmət eləsin!
******
saat - 17:20
Xəbərin yayımından dərhal sonra, "Demokratik.Az"-ın apardığı dəqiqləşdirmə sonucunda məlum oldu ki, əslində Şəki polis rəisinin xidməti avtomobilinin olayla heç bir əlaqəsi yoxdur. Hətta, olay günü rayon polis rəisinin xidməti avtomobili ümumiyyətlə Şəki ərazisini tərk etməyib. Hadisəni törədən avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin Şəki YPX-nin alayının 5-ci tağımının xidməti istifadəsində olub.
Xəbərdəki yanlışlığa görə, Demokratik.Az saytı Şəki PŞ-nin rəisindən və oxucularından üzr istəyir...  
Demokratik.Az 
Oxşar xəbərlər