Xəbər lenti
Bütün xəbərlər

MSK bu dairələrlə bağlı qərar verdi

  • 15 fev 2020, 16:09

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

Axar.az xəbər verir ki, iclasda fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılır.

Qeyd edək ki, MSK-nın iclası başlanan ərəfədə bina qarşısında 29 saylı seçki dairəsindən namizəd Bəxtiyar Hacıyev və tərəfdarları bina qarşısına toplanıb. Onlar qapının girişində dayanaraq, binaya heç kimi buraxmamağa çalışıblar.

İclasda ilk olaraq MSK önündə aksiya keçirmiş digər namizəd – 34 saylı Xətai ikinci dairəsi üzrə namizəd olmuş Səməd Rəhimlinin və tərəfdarlarının aksiya keçirməsinə münasibət bildirilib.

MSK sədrinin müavini Rövzət Qasımov etiraz edən namizədlər haqda bildriib ki, hətta MSK baxmalı olmadığı məsələlərlə bağlı kifayət qədər tədbirlər görüb:

"Həmin namizədlərin şikayətinə DSK-da baxılmalıdır. Bir müraciətə iki komissiyada baxıla bilməz. Əgər onlar DSK-nın qərarından narazı qalsa, bizə şikayət edə bilərlər. Hazırda onların şikayətinə DSK-da baxılır, əgər razı qalmasasar, şikayətlərə MSK-da baxılacaq”.

***

Mərkəzi Seçki Komissiyasının iclasında 82 saylı Ağcabədi, 94 saylı Bərdə kənd, 56 saylı Xaçmaz kənd, 106 saylı Tovuz-Qazax-Ağstafa, 79 saylı İmişli, 9 saylı Binəqədi ikinci, 48 saylı Yevlax, 61 saylı Neftçala, 8 saylı Binəqədi birinci, 18 saylı Nərimanov-Nizami, 29 saylı Səbail, 72 saylı Yardımlı-Masallı seçki dairələri üzrə daxil olmuş şikayətlərə baxılıb.

Məsələ barədə məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, bu dairələr üzrə şikayətlər müvafiq seçki dairələrinə göndərilməlidir.

Daha sonra müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul olunub.

Oxşar xəbərlər