Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

{time}  

Oqtay Gülalıyevin durumu ilə bağlı son məlumatlar

Adil Qeybulla: "Beyni prosesdən çox ciddi itkilərlə çıxa bilər”

Oqtay Gülalıyevin durumu ilə bağlı son məlumatlarİki aydan çoxdur ki, komadan ayılmayan və hazırda İstanbulun "Amerikan” xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ağır olaraq qalır. Onunla bağlı son sevindirici xəbər hər iki gözlərini açmasıdır. Lakin bununla belə, üzücü olan hal ondan ibarətdir ki, hüquq müdafiəçisi hələ də hərəkətsizdir.

"Oqtay Gülalıyevin sonuncu - dördüncü əməliyyatdan sonra durumu nisbətən yaxşıdır. Hər iki gözünü açır. Ancaq təəssüf ki, reaksiyaları tam deyil”.

Bu sözləri Axar.az-a Gülalıyevin ailəsinin yaxın dostu, jurnalist-yazar Zümrüd Yağmur deyib.

O bildirib ki, həkimlər Oqtay bəyin durumu ilə bağlı hələ də konkret olaraq bir söz demir: "Sonuncu dəfə Oqtay bəyin həyat yoldaşı Firuzə xanımla danışmışam. Firuzə xanım bildirdi ki, gözlərində hələ heç bir reaksiya yoxdur. Gözlərini açsa da, ancaq bir istiqamətə baxır. Qarşısında, yanında gəzən adamı gözləri ilə izləmir. Onu çağıranda hələ reaksiya vermir. Ancaq yanına kimsə gələndə onu hiss edir. Yəni üzündən, cizgilərindən hiss olunur ki, kimisə görəndə sevinir”.

Hüquq müdafiəçisinin bu vəziyyətinin nə vaxta qədər davam edəcəyi məlum deyil. Həkimlər də bu barədə konkret bir fikir söyləyə bilmirlər. Sadəcə, ortada hər kəsin ümid etdiyi məşhur "Formula 1" pilotu Mixael Şumaxerlə bağlı bir nümunə var. Yeddiqat dünya çempionu olan pilot 2013-cü ilin sonunda xizəklə sürüşəndə dağın yamacından yıxılaraq komaya düşmüş və bir də 6 ildən sonra ayılmışdı.

Tibb elmləri doktoru, professor Adil Qeybulla "Yeni Müsavat”a O.Gülalıyevin vəziyyəti ilə bağlı müəmmalı danışdı: "Oqtay bəylə bağlı orada nələrin baş verdiyini çox əla bilirəm. Amma ailə üzvləri tərəfindən mütəmadi olaraq, açıqlamalar verildiyi üçün bu məsələyə qarışmaq istəməzdim. Lakin onu deyə bilərəm ki, aldığımız məlumat çox ciddidir. Beyni prosesdən çox ciddi itkilərlə çıxa bilər. Hamımız ona şəfalar diləyirik. Arzu edirik ki, o, real həyata qayıda bilsin. Oqtay bəyin gözlərini açması hələ heç nə demir. Onun yanına gedənləri o duymaya da bilər”.

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə yolu keçən O.Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fond hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalıyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər. Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılıb.

Template not found: /templates/Front/modules/rightside_fullstory.tpl

Bütün xəbərlər

{readnews}
2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?

«    Fevral 2020    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.