Azərbaycanda qadın üç dəfə zorla ərə verilib

  • 24 yan 2020, 19:35

Azərbaycanda əri tərəfindən körpələrinin gözü önündə döyülən qadının vəziyyəti ağırlaşıb və o, xəstəxanaya yerləşdirilib.

Bu barədə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat yayıb.

Qeyd edilib ki, həyat yoldaşı 39 yaşlı Rəna Mirzəyevanı (ad şərtidir) iki körpənin gözləri qarşısında döyüb:

"Qadın özünü güclə sığınacağa çatdırıb və dərhal xəstəxanaya yerləşdirilib”.

Birlikdən qeyd edilib ki, döyülən qadın 22 yaşında anasının təkidi ilə ailə həyatı qurub:

"Övladı olmadığı üçün əri ondan ayrılıb. Boşandıqdan sonra anası onu üç uşaqlı bir kişiyə ərə verib. Beş ay sonra qadın hamilə qalıb. Kişi uşağın qız olacağını öyrəndikdən sonra isə qadını evinə göndərib. Ana qızını üçüncü dəfə də ailə həyatı qurmağa məcbur edib. Bu evlilikdən qadının bir övladı da dünyaya gəlib”.

Oxşar xəbərlər