Xəbər lenti
Bütün xəbərlər

Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO

  • 16 yan 2020, 22:25

Moskvada polis mayoru rüşvət alarkən yaxalanıb. Cinayət başında tutulan polis zabiti çıxış yolu kimi aldığı rüşvəti yeməyə cəhd edib.

Yayılan xəbərə görə, 10 min rubl alan polis hüquq-mühafizə orqanlarının əməkdaşlarını görərkən əskinasları yeməyə başlasa da pulun 5 mini xilas olunub.

Mayor rüşvəti cinayət faktını ört-basdır etmək üçün alıb. Rusiya qanunvericiliyinə görə, onu 1 ilədək həbs, cərimə və digər cəzalar gözləyir.

Oxşar xəbərlər