BNA peşəkar sürücülər axtarır

  • 20 dek 2019, 20:34

"Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq ölkəyə 300 yeni avtobus gətirilməsi nəzərdə tutulurdu. Bu avtobuslardan 280 ədəd 12 metrlik avtobuslar artıq gətirilib. 20 ədəd 18 metrlik avtobus isə yanvarın ilk yarısında Bakıya gətirilməsi nəzərdə tutulur".

"Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev AVTO FM radiosunun efirində bildirib.

"Bakıya gətirilməyən 20 ədəd avtobus istehsal müəssəsində tam hazırdır. Onların gec çatdırılması hava şəraiti ilə əlaqədardır. Gürcüstan və Türkiyədə yerin buz bağlanmasına görə müəyyən gecikmələr var", - deyə o, qeyd edib.

M.Ağayevin sözlərinə görə, həmin avtobuslarda sürücü işləmək üçün sürücülük vəsiqəsinin olması kifayət deyil: "Sürücülər mütləq xüsusi təlim keçməlidir. Yeni avtobusların xəttə buraxılmamasının səbəbi peşəkar sürücü çatışmazlığıdır. Bu gün bizim çox ciddi şəkildə peşəkar sürücülərə ehtiyacımız var”.

Oxşar xəbərlər