Xəbər lenti
Bütün xəbərlər

Gədəbəy sakini meşə talanına "DUR" deyir - VİDEOŞİKAYƏT

  • 14 dek 2019, 21:24

Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin "dağıdıcı" rəhbəri İqbal Əliyev durdurulmasa, region meşələri daha da dazlaşacaq.

Regionu əhatə edən meşə massivləri özbaşına qaydalarla "idarə" olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mühüm tövsiyyə və tapşırıqlarına məhəl qoymayan ( ETSN) Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi tabeçiliyində olan Daşkəsən və Gədəbəy rayonları ərazilərindəki meşələri bəzi işbazların qurbanına çevirərək varlanmağı üstün tutur. Yerli sakinlər ekoloji təcavüzə və meşələrin talanına dözməyərək "yuxarı"lardan imdad diləyirlər.

"Demokratik.Az"-a daxil olan növbəti videomüraciət də bu qəbildəndir. 

Gədəbəyin Çiçəkli (əvvəlki Arabaçı) kənd sakini Kərəm Nəbiyevin videoşikayətində dediklərindən SİTAT: 

"Gördüyünüz dağda meşələrin necə biçildiyi aydın bilinir. Hələ Vasif Nəbiyev direktor olanda oraları çəpərə vurdurub ağacları doğatdırıb. Əvəzində bir dənə də ağac əkilməyib. Boş talalara ağac əkilməlidir, lakin orada kimlərsə özü üçün əkin-səpin edirlər. Belə olarmı, ayıbdır axı! İndi bu "zərb meşələri" ağlar qalıb. Bunu yazanda da deyirlər demoqoqdu, qoyun dolansınlar, yazıqdılar. Məşhur "zərb" artıq yoxdur. Baxın görün, salamat ağac yoxdu, yaz axtalanıb, payızda da doğranıb..."  


Bildirək ki, bundan əvvəl Gədəbəy meşəsində donuz ferması yaradılmasına diqqət çəkmişdik...

Təəssüf olsun ki, yeni Ekonazir Muxtar Babayev mediada yazılanları vecinə almır və bir neçə rayonun meşə təsərrüfatını iflic duruma salan İqbal Əliyev adlı kadrın bərbad fəaliyyətini görməzlikdən gəlir...

Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO

 

Şəkildəki İqbal Əliyevdir - Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru

"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə son aylarda Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarətində olan meşə zolaqlarında anarxiyanın daha geniş vüsət alması mərkəz rəhbəri İqbal Əliyevin Göygöl rayonunda özünə inşa etdirdiyi çoxmərtəbəli villa tikintisi ilə bağlıdır. Bildirilir ki, İqbal Əliyev 100 minlərlə manat dəyərində olan villasının təmirini və üzünün aqlaylama işlərini tamamlamaq üçün əlində olan bütün səlahiyyət imkanlarını özbaşına yollarla küllü miqdarda pul qazanmağa, rüşvət toplamağa yönəldib...

Videomüraciətlə və digər iddialarla bağlı qarşı tərəfin də saytımızda söz haqqı var!

Demokratik.Az

Oxşar xəbərlər