Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var

  • 07 dek 2019, 22:47

Tiflisdə, Pirosmani küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində (YDM) yanğın baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Əraziyə yeddi yanğınsöndürən maşın cəlb olunub. YDM-də yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alanların YDM əməkdaşları olduğu bildirilir.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.

Oxşar xəbərlər