Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb

  • 05 dek 2019, 16:58

Daxili işlər orqanlarında yeni təyinat olub.

"Report” xəbər verir ki, Quba Regional Pasport Qeydiyyat İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Hidayət Babayev vəzifəsindən azad edilərək Qusar Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, H.Babayev 2017-ci ilə qədər Qusar Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

Oxşar xəbərlər